“Zirə”nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli olub

Azərbaycanın “Zirə” futbol klubunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqib bəlli olub.

Bakigundem.com xəbər verir ki, qəsəbə təmsilçisi ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubunu üstələyəcəyi təqdirdə növbəti raundda cütlüklərin qalibləri ilə qarşılaşacaq.

​Komandanın ehtimal olunan rəqibləri arasında “NK Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya), “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya), “Rakuv” (Polşa) – “Valletta” (Malta) və “Polissiya” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütlükləri yer alıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *