Azərbaycanın “Zirə” futbol klubunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqib bəlli olub.
Bakigundem.com xəbər verir ki, qəsəbə təmsilçisi ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubunu üstələyəcəyi təqdirdə növbəti raundda cütlüklərin qalibləri ilə qarşılaşacaq.
Komandanın ehtimal olunan rəqibləri arasında “NK Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya), “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya), “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya), “Rakuv” (Polşa) – “Valletta” (Malta) və “Polissiya” (Ukrayna) – “Kopenhagen” (Danimarka) cütlükləri yer alıb.













Leave a Reply