Davit Volkov “Zirəheyətində Premyer Liqada 40-cı golünü vurub

Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.

Bakigundem.com PFL-ə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.Gürcüstanlı hücumçu 121-ci oyununda 40-a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *