Abşeron-Xızı cüdo çempionatı keçiriləcək

Oktyabrın 31-də cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək.

Bu barədə Bakigundem.com-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *