Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizəni dayandırıb.

Bakigundem.com xəbər verir ki, o, 1/8 finalda Rusiya idmançısı Arman Adamyana məğlub olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *