Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

WUF14 burada keçiriləcək

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək.

Bakıgundem.com xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib.

“Mexiko şəhəri qədim tarixi irsə malikdir. Bu mənada insanlarımız məhz bu mövzu üçün faydalı fikir mənbəyidirlər”, – o bildirib.

Mer BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində 100-dən çox ölkədən gələn nümayəndələrin bəşəriyyətin gələcəyi üçün ən prinsipial bir mövzunu müzakirə etdiklərini vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *