Hörmüz boğazında gəmidə yanğın baş verdiyi bildirilir.
Bakıgundem.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident Omanın Xasab şəhərindən təxminən 17 kilometr şimalda qeydə alınıb.
“Başqa bir gəminin kapitanı yanğın baş verən gəmini müşahidə edib. Heyətin vəziyyəti, eləcə də hadisənin vurduğu zərər və ətraf mühitə mümkün təsiri barədə hələlik məlumat yoxdur”, – məlumatda qeyd olunub.














Leave a Reply