Ağ Evdən ABŞ və Çin liderləri ilə bağlı diqqətçəkən açıqlama verilib.
Bakıgundem.com xəbər verir ki, Ağ Ev tərəfindən yayılan məlumata görə, Donald Tramp və Si Cinpin Hörmüz boğazında enerji daşımalarının sərbəst həyata keçirilməsi üçün boğazın açıq qalmasının vacibliyi barədə razılığa gəliblər.
Bildirilib ki, tərəflər həmçinin Çinin ABŞ-dən kənd təsərrüfatı məhsulları idxalını artırması məsələsini də müzakirə ediblər.
Ağ Evin görüşlə bağlı yaydığı yekun məlumatda Tayvan məsələsinə toxunulmayıb. Görüş isə “müsbət və məhsuldar” kimi qiymətləndirilib.














Leave a Reply