Gürcüstan və Qırğızıstan Orta Dəhlizin potensialından istifadənin genişləndirilməsini müzakirə edib

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

Bakigundem.com gürcü mediasına istinadən xəbər verir ki, tərəflər Gürcüstan və Qırğızıstan arasında dostluq münasibətlərini qeyd ediblər.

Tərəflər ikitərəfli münasibətləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Görüşdə Orta Dəhlizin potensialından tam istifadənin faydaları müzakirə olunub. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *