Tramp Kanadadan idxal olunan bəzi mallara 50%-lik rüsum tətbiq edib

ABŞ Prezidenti Donald Tramp Kanadadan gələn müəyyən mallara əlavə 50% idxal rüsumları tətbiq edən sərəncam imzalayıb. 

Bakigundem.com xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş məlumatda deyilir.

Sərəncama əsasən, yeni tariflər Kanadanın hərəkətlərinə cavab olaraq tətbiq edilib və ABŞ tərəfi bunu ABŞ məhsullarına qarşı ayrı-seçkilik hesab edir. Rüsumlar şərab, xokkey çubuqları və sement də daxil olmaqla geniş çeşiddə mallara şamil edilir.

Lakin yeni tariflər enerji məhsulları, kalium, dəniz məhsulları və vacib mineralların tədarükünə təsir göstərməyəcək.

Rüsumlar ABŞ Prezidenti tərəfindən sərəncam imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *