ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Volodimir Zelenski ilə görüşəcək.
Bakigundem.com xəbər verir ki, bu barədə Amerika liderinin bazar ertəsi dərc olunmuş iş qrafikində bildirilib.
Ağ Evin Oval kabinetində keçiriləcək görüşün jurnalistlər üçün qapalı formatda təşkil olunması planlaşdırılır.
Vaşinqton administrasiyasının nümayəndələri daha əvvəl mətbuata bildiriblər ki, Tramp və Zelenskinin Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
Qrafikə əsasən, saat 19:00-da Tramp Oval kabinetdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Bu görüşün də jurnalistlər üçün qapalı formatda keçirilməsi nəzərdə tutulur.











Leave a Reply