“Şamaxı” bu gün Qətər təmsilçisi ilə qarşılaşacaq

Bu gün “Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci sınaq oyununa çıxacaq.

Bakigundem.com xəbər verir ki, bölgə təmsilçisi Qətərin 2-ci liqa komandası “Əl-Xaritiyat” ilə üz-üzə gələcək.

Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azər Bağırovun rəhbərlik etdiyi “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”lə qolsuz bərabərliyə razılaşıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *