Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub

“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub.

Bakigundem.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.

Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.

“Futbolçumuza şəfa diləyir, tezliklə yaşıl meydanlara qayıtmasını arzu edirik”, – məlumatda qeyd edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *