Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

“Şəfa” ilk yay transferini açıqlayıb

“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

Bakigundem.com Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *