Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

“Şəfa” fransalı futbolçu Musa Quelini transfer edib

“Şəfa” yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.

Bakigundem.com xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *