Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Rasmus Hojlund rəsmən “Napoli’nin futbolçusu oldu

“Mançester Yunayted”in hücumçusu Rasmus Höylund “Napoli”yə transfer olunub. 

Bakigundem.com xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı danimarkalı hücumçu 2025/26 mövsümündə İtaliya klubunda icarə əsasında çıxış edib və onun müqaviləsindəki birdəfəlik satınalma variantı aktivləşib. Höylund “Napoli”nin heyətində bütün turnirlərdə ümumilikdə 44 oyuna çıxıb, 16 qol vurub və 8 məhsuldar ötürmə edib.

Höylund 2023-cü ilin avqustunda “Atalanta”dan “Mançester Yunayted”ə transfer olunmuşdu.

“Transfermarkt” portalının məlumatına görə, həmin transferin dəyəri 79,8 milyon avro təşkil edib. Hücumçu mankunianlıların heyətində 95 oyunda meydana daxil olaraq 26 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *