Qırğızıstan və Çin əbədi mehriban qonşuluq, dostluq haqqında müqavilə imzalayıb

Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin iki ölkə arasında əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Bakigundem.com “24.kg” portalına istinadla xəbər verir ki, mərasim Qırğızıstan və Çin liderlərinin Bişkekdə keçirilən danışıqlarının yekununda baş tutub.

Sadır Japarov daha əvvəl bildirmişdi ki, sənəd iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlığın gələcəkdə daha keyfiyyətli inkişaf etdirilməsi üçün möhkəm əsas yaradacaq.

Danışıqların yekununda ümumilikdə 32 sənəd imzalanıb. Digər sənədlər nazirlər kabinetləri və ayrı-ayrı qurumlar səviyyəsində əməkdaşlığa aiddir. Razılaşmalar sərhəd və “Bedel” nəzarət-keçid məntəqəsi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir.

Qeyd edək ki, Si Cinpin Qırğızıstanda dövlət səfərindədir. O, həmçinin ŞƏT-ə üzv Dövlət Başçıları Şurasının iclasında və “ŞƏT plus” formatında keçiriləcək görüşdə iştirak edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *