Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizinin Qazaxıstan sektorunda planlaşdırılmış təlimləri başlayıb.
Bakigundem.com xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, HDQ üzvləri Qazaxıstan sektorunun bütün sularında naviqasiya edəcək, koordinasiya məşqi və döyüş atışları keçirəcəklər.
Təlim üç mərhələdə keçiriləcək. Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti naviqasiya, rabitə, gəmiyə nəzarət, heyətlə qarşılıqlı əlaqə və silahlardan istifadə üzrə məşqlər edəcək.














Leave a Reply