Qazaxıstan qarşıdakı illərdə bütün əsas gübrə növlərinə olan daxili tələbatını ödəməklə yanaşı, həm də onların ixracına başlayacaq.
Bakigundem.com xəbər verir ki, bu barədə “The World Financial Review” jurnalında dərc olunmuş məqalədə deyilir.
“Qazaq Kalium Ltd.” 2027-ci ilə qədər 1 milyon ton tutumlu kalium gübrəsi istehsalının birinci mərhələsini işə salacaq, 2035-ci ilə qədər istehsalı 12 milyon tona çatdıracaq.
Eyni zamanda, Kazfosfat, SINOPEC və CNCEC ilə birlikdə ammofos istehsal etməklə, fosfat gübrələrinin istehsal gücünü 5 milyon tona çatdırmağı planlaşdırır.













Leave a Reply