“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi dəyişdiriləcək

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bakigundem.com-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Həmçinin, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *