“Qarabağ” bu gün “Tvente” ilə Konfrans Liqasında cavab oyununa çıxacaq

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Bakigundem.com xəbər verir ki, Azərbaycan təmsilçisi Niderlandın “Tvente” komandasını qonaq edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk qarşılaşmada Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *