“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Bakigundem.com xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər “atlılar”ın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
















Leave a Reply