Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

NATO-dan Hörmüz boğazı ilə bağlı açıqlama

NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.

Bakigundem.com “Report”-a istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.

“NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar”, – deyə Draqone qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *