“Liverpul” Barkola üçün PSJ ilə rəsmi danışıqlara başlayıb

İngiltərənin “Liverpul” klubu PSJ-nin hücumçusu Bredli Barkolanın keçidi ilə bağlı Fransa təmsilçisi ilə rəsmi danışıqlara start verib.

Bakigundem.com xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

​Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün 100 milyon avrodan bir qədər artıq təklif irəli sürsə də, bu məbləğ Paris klubunun tələblərini qarşılamayıb.

​Daha əvvəl jurnalist Nikola Skira PSJ-nin Barkolanı təxminən 170 milyon avro dəyərində qiymətləndirdiyini bəyan etmişdi. Onun məlumatına əsasən, “Liverpul” hücumçunun özü ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıb.

​Qeyd edək ki, 2023-cü ildən Paris təmsilçisinin şərəfini qoruyan Barkolanın klubla mövcud müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 49 matçda 13 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *