Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana səfərinə hazırlıq işləri davam edir, lakin səfərin tarixi hələ müəyyənləşməyib.
Bakigundem.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, səfər planlaşdırılsa da, vaxtı və dəqiq tarixi hələ razılaşdırılmayıb.
Qeyd edək ki, bundan əvvəl Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdül Lətif əl-Zəyyani ilə telefon danışığı zamanı ABŞ və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandumun icrasının vacibliyini vurğulamışdı.










Leave a Reply