İspaniyanın bəzi şəhərlərində eyvanlardan görünən şəkildə paltar asılması qadağan edilib.
Bakıgundem.com xəbər verir ki, yeni qərar ilk olaraq Lorka şəhərində tətbiq olunub. Qaydalara əsasən, küçədən görünəcək formada eyvanda paltar, döşək, qaz balonu və digər əşyaların saxlanılması qadağandır.
Qərarı pozan şəxslərə 151 avrodan 1500 avroyadək cərimə tətbiq ediləcək. Yerli hakimiyyət bu addımın şəhərin estetik görünüşünü və turistik cazibəsini qorumaq məqsədi daşıdığını bildirib.
Sakinlərə yeni qaydalara uyğunlaşmaq üçün bir ay vaxt verilib.














Leave a Reply