Hindistanın Uttar Pradeş ştatında baş verən güclü yağış və fırtına nəticəsində həyatını itirənlərin sayı 89-a yüksəlib.
Bakıgundem.com xəbər verir ki, “India Today”in məlumatına görə təbii fəlakət zamanı 53 nəfər də yaralanıb. Ən çox ölüm halı 21 nəfərin öldüyü Prayagraj şəhərində qeydə alınıb. Bhadohi şəhərində 14, Fatehpurda isə 11 nəfərin öldüyü bildirilib.
Rəsmilər güclü külək və yağış səbəbindən elektrik dirəklərinin və ağacların aşdığını, çoxsaylı ev və avtomobillərə ziyan dəydiyini açıqlayıblar.















Leave a Reply