Günel Abbas “Xankəndi” FK-nın mətbuat katibi təyin olunub

Günel Abbas “Xankəndi” Futbol Klubunun mətbuat katibi vəzifəsinə təyin olunub.

Bakigundem.com xəbər verir ki, bu barədə klubun idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində qərar qəbul edilib.

Günel Abbasın PR rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, “Xankəndi” FK-nın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *