Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge Fransanın Bordo şəhərinə çatan və norovirus halları aşkarlanan kruiz gəmisindəki sərnişinlərin karantindən çıxarıldığını açıqlayıb.
Bakıgundem.com xəbər verir ki, “Ambition” adlı kruiz gəmisində təxminən 50 nəfərdə norovirus aşkarlanıb. Sərnişinlər tibbi yoxlamalar və ictimai sağlamlıq tədbirlərindən sonra gəmidən enməyə icazə alıblar.
Hans Kluge bildirib ki, virusdan təsirlənən şəxslərdə qusma, ürəkbulanma və ishal kimi əlamətlər müşahidə olunub. Bununla yanaşı, gəmidə ağır vəziyyətdə olan xəstənin qeydə alınmadığı vurğulanıb.
Qeyd edək ki, daha əvvəl gəmidə bir sərnişinin gastroenterit şübhəsi ilə ölməsindən sonra 1700-dən çox sərnişin karantinə alınmışdı.














Leave a Reply