Fransada norovirus şübhəsi 

Fransanın Bordeaux limanında lövbər salan kruiz gəmisində norovirus şübhəsi yaranıb.

Bakigundem.com xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, norovirus şübhəsi ilə başlayan yoluxma nəticəsində 90 yaşlıbir sərnişin həyatını itirib.

Hadisədən sonra gəmidə olan 1700-dən çox şəxs karantinə alınıb.

Ümumilikdə 50-yə yaxın insanda norovirus simptomları müşahidə edilib, bu da yerli səhiyyə orqanlarını karantin elan etməyə məcbur edib.

Rəsmi qurumlar karantin müddətinin nə vaxt başa çatacağı ilə bağlı hələ açıqlama verməyib.

Norovirus dünyada kruiz gəmilərində baş verən mədə-bağırsaq mənşəli yoluxmaların ən geniş yayılmış səbəblərindən biri hesab olunur. Virus çirkli qida və su vasitəsilə, həmçinin qapı tutacaqları və məhəccərlər kimi tez-tez toxunulan səthlərdən və birbaşa təmas yolu ilə asanlıqla yayılır.

Xəstələrdə simptomlar adətən 1–3 gün ərzində keçsə də, qapalı və sıx mühitlərdə virusun yayılması çox sürətlə baş verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *