Formula 1 və Formula 2 yarışları ilə bağlı vergi güzəştlərinin müddəti 3 il uzadılır

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

Bakigundem.com xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışına tətbiq edilən ƏDV güzəştlərinin müddətinin də 3 il uzadılması təklif olunur.

Bundan əlavə, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmaların 2 il müddətinə uzadılması nəzərdə tutulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *