FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib – Hövsandakı futbol bazasına baxış keçirib

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib.

AFFA-dan Bakigundem.com-a verilən məlumata görə, səfər çərçivəsində milli assosiasiyanın prezidenti Rövşən Nəcəf və Canni İnfantino FIFA U-15 dünya çempionatı və festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar. FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı tarixdə ilk dəfə keçiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *