Paracüdo üzrə Azərbaycan milli komandası sentyabrın 25-27-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən Bakigundem.com-a bildirilib ki, yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kiloqram), Saleh Sultanov (J1, 81 kiloqram), İsmayıl Muradov (J1, 70 kiloqram) və Hüseyn İsmayılzadə (J2, 70 kiloqram), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kiloqram) və Xatirə İsmiyeva (J1, +70 kiloqram) çıxış edəcəklər.
Qeyd edək ki, paracüdoçuların yarışda hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.














Leave a Reply