“Xankəndi” FK ev oyunlarını Xankəndidə keçirməyə hazırlaşır

“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Bu barədə Bakigundem.com-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *