Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ermənistanda parlament seçkiləri başa çatıb

Ermənistanda parlament seçkiləri başa çatıb.

Bakigundem.com xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.

Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *