Ermənistan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Ukraynanın xarici işlər naziri Andriy Sibiha arasında telefon danışığı olub.

Bakigundem.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Ukraynanın xarici işlər naziri Ararat Mirzoyanı Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Həmsöhbətlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə ediblər.

Regional vəziyyət və son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *