Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı ikitərəfli gündəlikdəki məsələlər barədə fikir mübadiləsi aparıblar və əlaqələrin intensivləşməsindən məmnunluqlarını bildiriblər.

Bakigundem.com “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilir.

Ermənistanın Baş naziri həmçinin Türkiyə Prezidentini Qurban Bayramı münasibətilə təbrik edib.

Ərdoğan isə Paşinyanı doğum günü münasibətilə təbrik edib.

Söhbətdə həmçinin Türkiyənin vitse-prezidenti Cevded Yılmazın Avropa Siyasi Birliyi Zirvəsində iştirak etmək üçün Ermənistana səfərinin önəmi vurğulanıb.

Türkiyə-Ermənistan birbaşa ticarət prosedurlarının yaradılması qərarı və Axalkalaki-Qars dəmir yolunun Ermənistandan ixrac və idxal üçün açılması məsələsi dəyərləndirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *