Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Bakigundem.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşəcək. “Atlılar” mərhələni keçsə, pley-offda aşağıdakı komandalardan birinə rəqib olacaq:
“Hetafe” (İspaniya).
“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi.
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi.
“Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu.
Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.













Leave a Reply