Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bakıda “Olimpiya Günü” qeyd olunub

İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Komitəsinin təsis edilməsinin 132-ci ildönümünə həsr olunmuş ənənəvi “Olimpiya Günü” tədbiri keçirilib.

Bakigundem.com xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman veteranları, idman ictimaiyyətinin nümayəndələri, məktəblilər və valideynlər iştirak ediblər.

Tədbir çərçivəsində BOK-un yaranma tarixi, Pyer de Kubertenin ideyaları, Olimpiya Hərəkatının əsas dəyərləri və “Olimpiya Günü”nün mahiyyəti barədə məlumat verilib.

Həmçinin 1952–1992-ci illərdə Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının nailiyyətlərinə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndirdartma yarışları keçirilib, qaliblər medal və diplomlarla mükafatlandırılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *