Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycan millisi bu gün Lüksemburqla üz-üzə gələcək

Avropa çempionatının ilkin qrup mərhələsində mübarizə aparan kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün növbəti rəsmi matçını keçirəcək. 

Bakigundem.com xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin yetirmələri turnirin 5-ci turu çərçivəsində Lüksemburq kollektivinin qonağı olacaq.

​Səfər qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

​Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla Şimali Makedoniya başçılıq edir. Növbəti rəqibimiz Lüksemburq 6 xalla ikinci, İrlandiya isə 5 xalla üçüncüdür. Eyni xala (5 xal) malik olan Azərbaycan milli komandası isə dördüncü sırada qərarlaşıb. Milli komanda bu oyundan dərhal sonra vətənə qayıdaraq iyulun 5-də Bakıda irlandiyalıları qəbul edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *