Avropa çempionatının ilkin qrup mərhələsində mübarizə aparan kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün növbəti rəsmi matçını keçirəcək.
Bakigundem.com xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin yetirmələri turnirin 5-ci turu çərçivəsində Lüksemburq kollektivinin qonağı olacaq.
Səfər qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla Şimali Makedoniya başçılıq edir. Növbəti rəqibimiz Lüksemburq 6 xalla ikinci, İrlandiya isə 5 xalla üçüncüdür. Eyni xala (5 xal) malik olan Azərbaycan milli komandası isə dördüncü sırada qərarlaşıb. Milli komanda bu oyundan dərhal sonra vətənə qayıdaraq iyulun 5-də Bakıda irlandiyalıları qəbul edəcək.
















Leave a Reply