Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycan millisi Avropa çempionatında pley-offa yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.

Bakigundem.com xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.

“Tipos Arena”da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib – 3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.

Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *