Bakıda keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları üz-üzə gəlib.
Bakigundem.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.
Beləliklə, yığmamız Çövkən üzrə 2-ci Dünya Çempionatına uğurlu start verərək turnirdə ilk qələbəsini qazanıb.
















Leave a Reply