Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi başa çatıb. Gərgin mübarizənin sonunda böyük finala vəsiqə qazanan ilk 10 ölkə müəyyənləşib.
Finala yüksələn ölkələr bunlardır: İsveç, Finlandiya, Belçika, Yunanıstan, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva və Polşa.
Azərbaycanı bu il müsabiqədə JIVA təmsil edir. İfaçımız “Just Go” adlı mahnı ilə ikinci yarımfinalda səhnəyə çıxacaq. İkinci yarımfinal 14 mayda, final isə 16 mayda keçiriləcək.
Qeyd edək ki, qaydalara əsasən, “Böyük Beşlik” ölkələri — Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, həmçinin ev sahibi Avstriya birbaşa finalda iştirak edəcəklər.












Leave a Reply