Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Avropa Komissiyasının prezidenti Azərbaycana səfərindən sonra Ermənistana gedib

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen İrəvana işgüzar səfərə gedib.

Bakigundem.com xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və Ursula Fon der Lyayen arasında görüş keçiriləcək.

Ermənistan və Aİ liderləri görüşdən sonra bəyanatlar verəcək və media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Ursula Fon der Lyayenin Azərbaycana səfəri bu gün başa çatıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *