Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

“Araz-Naxçıvan” İbrahim Piriyevlə müqavilə imzalayıb

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Bakigundem.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-ağlar” gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. 

İ. Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *