ABŞ-nin Alyaska ştatında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfər həyatını itirib.
Bakigundem.com xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
Məlumata görə, təyyarə Ankoric şəhərindən təxminən 725 kilometr qərbdə yerləşən Keyp-Nyuenhem Uzaq Mənzilli Radar Bazasında çarter reysi həyata keçirərkən qəzaya uğrayıb.
Qəza zamanı təyyarədə olan 2 pilot və 6 sərnişinin hamısı həlak olub. Hadisənin səbəbləri araşdırılır.














Leave a Reply