Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Almaniya Ukrayna üçün əlavə 400 milyon dollar ayırır

Almaniya artıq dördüncü dəfədir ki, Ukrayna üçün Amerika silah və sursatının alınmasını maliyyələşdirən PURL mexanizminə qoşulur.

Bakigundem.com xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, Almaniya hava hücumundan müdafiə sistemləri üçün lazımi sursata vəsait ayıracaq:

“Bu yolla, sözün əsl mənasında, hər gecə və hər gün insan həyatını xilas edirik. Bu dəfə biz 200 milyon dollar ayırırıq. Bundan əlavə, Almaniya “Patriot” sistemləri üçün raketlərin alınmasını nəzərdə tutan “Jumpstart” proqramını da dəstəkləyəcək. “PAC-3” idarə olunan raketlərinin alınması məqsədilə 200 milyon dollar ayırmağa razılaşdıq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *