ABŞ-də San Dieqonun cənubundakı Otay Mesa ərazisi ilə Meksikanın Tijuana şəhəri arasında tunel aşkar edilib.
Bakigundem.com xəbər verir ki, bu abrədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, təxminən 600 metr uzunluğundakı tunel elektrik, ventilyasiya, möhkəmləndirilmiş divarlar və kokainin daşınması üçün relslərlə təchiz olunmuşdu. Tunelin çıxışı mağazanın anbar döşəməsinin altında gizlədilib.
Əməliyyat nəticəsində dörd nəfər həbs olunub. Məlumata görə, 45 milyon dollar dəyərində bir tondan çox kokain müsadirə edilib.















Leave a Reply