ABŞ dövlət katibi Ukrayna ilə bağlı yeni təkliflərdən danışıb

Ukraynada münaqişənin nizamlanması tərəflərin əvvəlki təşəbbüslərlə razılaşmaması səbəbindən yeni ideya və təkliflərin irəli sürülməsini zəruri edir.

Bakigundem.com ​xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio rusiyalı həmkarı Sergey Lavrovla keçirilən görüşdən sonra bəyan edib.

​Manilada baş tutan ASEAN xarici işlər nazirlərinin 59-cu konfransında jurnalistlərin suallarını cavablandıran diplomat qeyd edib ki, sülhün bərqərar olması yalnız yeni konsept və ideyaların tapılması sayəsində mümkündür.

​Dövlət katibi, həmçinin Vaşinqtonun müvafiq şərait və formada öz yeni təkliflərini təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *